Yunus Akgünə Avropadan taliblər var

Bakı, 18 iyul, Sporaz.tv

İtaliya A Seriyasının təmsilçisi “Hellas Verona“nın Galatasaray (Qalatasaray)-ın futbolçusu Yunus Akgün üçün transfer təklifi etdiyi iddia edilib. Hellas Veronanın Yunus Akgünlə hücum xəttini gücləndirmək istədiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, ötən mövsümü İngiltərə çempionatında çıxış edən komandalardan olan Leicester City (Lester Sit)-də icarə əsasında keçirən və “Galatasaray”a qayıdan Yunus Akgünə İtaliya A Seriyasından taliblər var.

Yeni mövsüm heyət planlamasını davam etdirən Galatasarayda Yunus Akgün üçün təkliflər dəyərləndirilir. Nəhayət, Serie A komandası Hellas Verona’nın addım atdığı iddia edildi.

Yunus Akgün Millinin 1/4 finalda oynadığı AVRO-2024-də də çıxış edib. 24 yaşlı cinah yarımmüdafiəçisi, Trendyol Superliqasında 74 matçda meydana çıxıb və 10 qol vurub, 16 məhsuldar ötürmə edib.