Yunus Akgünün maaşı 3 dəfə artırılacaq

Bakı, 15 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray), mövsümün diqqət çəkən adlarından Yunus Akgünlə müqaviləni yeniləməyə hazırlaşır. Kerem Aktürkoğlunun komandadan ayrılmasından sonra formanı tərk edən 24 yaşlı futbolçuya böyük məbləğdə maaş veriləcək.

Sporaz.tv məlumat verir ki, Kerem Aktürkoğlunun “Benfica“-ya transferindən sonra ilk 11-in vazkeçilməz adlarından biri olan Yunus Akgün, hər keçən matçda yerini möhkəmləndirir.

24 yaşlı futbolçunun çıxışına biganə qalmayan “Galatasaray” rəhbərliyi hərəkətə keçib.

“Galatasaray”, Yunus Akgünlə 4 illik yeni müqavilə imzalayacaq.

“Galatasaray”-da 17 milyon 200 min lirə qazanan Yunus Akgünün maaşı, 50 milyon lirəyə qaldırılacaq.

Yunus Akgün bu mövsüm “Galatasaray”-da 11 matçda forma geyinib. Türkiyəli futbolçu bu matçlarda 4 qola imza atıb.