Yunan mətbuatı “Galatasaray”dan danışır

Bakı, 26 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasının ilk oyununda “Galatasaray“ın “PAOK“u 3:1 hesabı ilə məğlub etməsi, Yunanıstan mətbuatında geniş yer alıb.

Sporaz.tv xəbər verir ki, ölkə mətbuatında gedən xəbərlərdə “PAOK”un yaxşı mübarizə apardığına dair konsensus əldə olunub.

SDNA: “Qalatasaray”ın super ulduzları PAOK-u məğlub etdi.

Sport FM: “PAOK” yaxşı oyun göstərsə də, böyük şansları boşa verdi və müdafiədə səhvlərinin əvəzini 2 ucuz qol buraxmaqla ödədi.

Gazzetta: “PAOK” canavar kimi mübarizə apardı, lakin onlar on milyonlarla avro dəyərində bir komanda ilə qarşılaşdılar.

Sport24: “PAOK” yaxşı oynadığı matçda “Qalatasaray”a qarşı mübarizə apara bilmədi.

Zougla: Yunan çempionu yaxşı çıxış etməsinə baxmayaraq, “Galatasaray” matçından müsbət nəticə əldə edə bilmədi.

Protothema: “PAOK” yaxşı mübarizə aparsa da, “Galatasaray”ın təzyiqinə tab gətirə bilmədi.

İefimerida: “PAOK” Türkiyədə yarışdı, lakin məğlub oldu.

Newsit: Salonikililər İstanbulda yaxşı çıxış etmələrinə baxmayaraq məğlub oldular.

Metrosport: “PAOK” RAMS Parkda “Galatasaray”la qulaqbatırıcı atmosferdə qarşılaşıb. “PAOK” son dəqiqəyə qədər mübarizə aparsa da, görüşdə 3:1 hesabı ilə məğlub olub.

PAOK-un rəsmi saytı: Əla rəqibə qarşı sensasiyalı mübarizə. Avropa Liqasının 2024-25 mövsümünün açılış matçında “Galatasaray”a 3:1 hesabı ilə uduzan “PAOK” İstanbuldan əliboş ayrılsa da, təfərrüatlarda möhtəşəm mübarizəni uduzaraq başını dik tutdu.

Paron: “PAOK” yaxşı idi, amma bu, “Galatasaray”ı məğlub etmək üçün kifayət etmədi.

Novasports: “PAOK” çox mübarizə apardı, lakin gücü tükəndi və rəqibinin keyfiyyətinə tab gətirdi.

Rthess: “PAOK” matçın böyük hissəsində rəqabətli idi, lakin xalları qazanan “Galatasaray” oldu.

Fosonline: “PAOK”un yaxşı çıxışına baxmayaraq, “Galatasaray”ın səfər oyunundan müsbət nəticə ala bilmədilər.

Ieidiseis: “PAOK” gənc oğlan kimi mübarizə aparsa da, “aslanlar”ın pəncəsinə tab gətirmədi.

Bahar Rüstəm

Leave a Reply