Yoxsul qəsəbədən keçən bir cığır…

Bakı, 4 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın Victor Osimheni “Napoli“-dən 1 illik icarəyə götürməsi dünyada böyük əks-səda yaratdı. Nigeriyalı futbolçu, azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Digər tərəfdən ulduz futbolçunun həyat hekayəsi azarkeşləri maraqla qarşılayıb.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını bütün sürətiylə davam etdirən “Galatasaray”, “Napoli”nin nigeriyalı hücumçusu Victor Osimheni 1 illik icarə əsasında heyətinə qatıb. Transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələn ulduz futbolçu sarı-qırmızılı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb. 25 yaşlı futbolçunun həyat hekayəsi azarkeşlərin diqqət mərkəzinə düşüb.

1998-ci ildə ulduz futbolçu, Nigeriyanın Lagos şəhərində anadan olub. 6 qardaşdan ən kiçiyi olan Victor, şəhərin ən yoxsul bölgələrindən sayılan Olusosunda qalay evlərdə yaşayırdı. Gənc yaşda anasını itirən Osimhen, atası və digər bacı-qardaşları ilə yaşamaq üçün mübarizə aparıb. Su sataraq ailəsini dolandıran futbolçu, çıxış yolunu da futbol eşqində axtarıb.

Daim axtarışda idi. Nigeriyada yaşadıqları bölgədəki Olusos zibil sahəsində tapdığı cırıq ayaqqabılarla futbol oynayan Victor Osimhenin istedadı gözə çarpdı və daha sonra Ultimate Strikers Academydə karyerasına başladı. Daha sonra Nigeriya U17 Milli Komandası ilə çıxışı, onu Almaniyanın “Wolfsburg”(Volfsburq)-na gətirib. Və həyatı dəyişdi…

Mertenslə “Napoli”də çıxış edən Osimhenin gəlişində belçikalı ulduzun da payı olub. Nigeriyalının Galatasarayın təklifindən sonra keçmiş komanda yoldaşı ilə görüşdüyü öyrənilərkən: “Mertens əla insandır. O, mənə çox kömək etdi. Gəlməzdən əvvəl onunla danışdıq. Onunla oynamaq üçün səbirsizlənirəm”.-deyə ifadələrini bildirib.