“Young Boys”un baş məşqçisi:”Dirəkdən dönən topu unuda bilmirəm”

Bakı, 22 avqust, Sporaz.tv

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Galatasaray (Qalatasaray)-ı 3-2 hesabı ilə məğlub edən Young Boys (Yanq Boyz)-un baş məşqçisi Patrick Rahmen qələbəyə baxmayaraq sevinmədiklərini ifadə edərək, “Əlbəttə, daha çox qol vurmaq istərdik. Bizim üçün daha yaxşı olardı”. dedi.

Sporaz.tv xəbər verir ki,UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Galatasaray (Qalatasaray)-ı 3:2 hesabı ilə məğlub edən İsveçrə təmsilçisi Young Boys (Yanq Boyz)-un çalışdırıcısı Patrick Rahmen 1 fərqli qələbə üstünlüyü ilə mərhələ adlayacaqlarına inandıqlarını bildirib.

55 yaşlı isveçrəli çalışdırıcı, Berndəki “Wankdorf” stadionunda keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verib. İstanbula 3-2 hesabı ilə gedəcəklərini bildirən Rahmen, “Bir fərqli qalibiyyət üstünlüyü ilə əlimizdən gələni edəcəyik. Müsbət nəticə ilə dönəcəyimizi düşünürəm”- dedi.

Komanda olaraq yaxşı çıxış etdiklərini bildirən Rahmen, “Matçın əvvəlindən sonuna qədər yaxşı mübarizə apardıq. Planımızı çox yaxşı həyata keçirdik. Qarşılaşma 2-2-yə gəlsə də, özümüzə inamlı idik və 3:2 qazandıq”-qiymətləndirməsini etdi.

Qələbəyə baxmayaraq sevinmədiklərini ifadə edən Rahmen, “Təbii ki, daha çox qol vurmağı çox istərdik. Bizim üçün daha yaxşı olardı. Galatasaray (Qalatasaray)-ın da mövqeləri var idi, amma qol vura bilmədilər. Dirəkdən dönən topu unuda bilmirəm. Fikrimcə, qol vura bilsəydik, 3-0 öndə olardıq və bu bizim üçün daha yaxşı olardı”-dedi.

Çalışdırıcı, Galatasaray (Qalatasaray) azarkeşlərinin İstanbulda yaratdığı ab-hava haqqında bunları deyib: “İstanbulda tamam fərqli ab-hava ilə qarşılaşacağıq. Azarkeşlər buradan daha çox səs-küy salacaqlar. Çətin olacağını bilirik, amma o atmosferi yaşayacağımız üçün xoşbəxtik. İstanbula 3-2 hesabla gedəcəyik. . Yenidən qol vuraraq atmosferi öz xeyrimizə çevirməyə çalışacağıq.”- dedi.