“Young Boys” – “Galatasaray” matçının almaniyalı hakimi

Bakı, 19 avqust, Sporaz.tv

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Galatasaray “ın səfərdə “Young Boys“la qarşılaşacağı matçda alman hakim Daniel Siebert fit çalacaq.

Sporaz.tv məlumat verir ki, UEFA-dan verilən açıqlamaya görə, Siebert Berndəki Wankdorf Stadionunda avqustun 21-i çərşənbə günü saat 23:00-da başlayacaq matçda fit çalacaq.

Jan Seidel və Rafael Foltynin köməkçi hakim funksiyasını yerinə yetirəcək, görüşün dördüncü hakimi isə Daniel Schlager olacaq.

Christian Dingert və onun köməkçisi Benjamin Cortus Video köməkçi hakim (VAR) otağında növbətçi olacaqlar.