Yollar ayrılır : Nikolas Pepenin yeni komandası bəlli olacaq

Bakı , 8 may , Sporaz.tv

Trabzonspor“un ulduzu Nikolas Pepe gələcəyi ilə bağlı qərar verib. Pepenin “Mavilər”dən ayrılacağı iddia edilir.

Sporaz.tv məlumat verir ki, “Trabzonspor”un mövsümün əvvəlində heyətinə qatdığı və 1 illik müqavilə imzaladığı Nikolas Pepenin taleyi müəyyənləşib.

Fabrizio Romanonun verdiyi xəbərə görə, Nikolas Pepe mövsümün sonunda “Trabzonspor”la vidalaşacaq. Xəbərdə 28 yaşlı futbolçunun yeni idarəetmə şirkəti ilə anlaşdığı bildirilib.

Digər tərəfdən, Nikolas Pepenin Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq karyerasını Avropada davam etdirmək istədiyi vurğulanıb.

“Trabzonspor”un prezidenti Ərtoğrul Doğan son həftələrdə Pepe ilə bağlı bu açıqlamaları verib:

“Pepe ilə münasibətlərimiz çox yaxşıdır. Belə bir futbolçu Türkiyəyə transfer haqqı olaraq gəlməyib. O, 100 milyon avroluq oyunçudur. Bu, transfer fürsəti idi, zədələr var idi. Pepenin keyfiyyəti müzakirə olunacaq məsələ deyil. Bizim məşqçi də ondan razıdır. O, Trabzon şəhərindən də razıdır: Onun meneceri ilə danışıqlarımız var. Ola bilsin ki, çox böyük taliblər var. O iddiaçıların haradan gəldiyi fərqli rəqəmlər ola bilər. Bizim məşqçimiz Pepe ilə davam etmək istəyirsə, əlbəttə ki, davam etmək istərdik.”

Bahar Rüstəm