“Yenə travma almaqdan qorxurdum”

Bakı, 7 noyabr, Sporaz.tv

Misli Premyer Liqasının III turunda “Araz-Naxçıvan” səfərdə “Zirə”nin qonağı olub.

Sporaz.tv xəbər verir ki, 0-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Araz-Naxçıvanın”nın üzvü Qara Qarayev oyunla bağlı təəssüratlarını bölüşüb:

Oyun haqqında düşüncələriniz?


-Yaxşı hazırlaşmışdıq. Bu oyun çətin periodda idi. Çox şükür qalib gəldik. Bizim üçün əhəmiyyətıi qalibiyyət idi. Təxirə salınmış oyun olduğuna görə bu oyun 6 xal dəyərində idi. Bu matçdan əvvəl komandamız səfərdə ağır oyun oynamışdı. Ona görə düşünürəm ki, əsas qalibiyyət idi, onu da qazandıq.


Yeni komandanızdakı ilk matçınızı necə qiymətləndirirsiz?

-Uzun bir müddətdir ki, oymamırdım. Həqiqətən mənim üçün çox çərin idi. Əvvəki oyun stilimə qayıda biləcəmmi, bilməyəcəmmi bilmirdim. Hətta oyun başlayanda qorxurdum. Baxmayaraq ki, 5-6 məşqdir ki, komanda ilə məşq edirdim. Amma Elmar müəllimin məni motivasiya etməsi, mənə 70 faiz kömək etdi. Həm Elmar müəllimə, həm də komandaya təşəkkür edirəm. Belə çətin dövrdə dəstək vermək burdakı insanların ürəklərinin təmizliyini göstərir. Çətin idi mənim üçün. Qorxurdum. Yenə də travma almaqdan qorxurdum. Çünki son 1 il mənim üçün çox travmalı dövr oldu. Həyatımın ən çətin dövrünü yaşamışam. Yenidən travma almaq istəmirəm. Matçda 60-70 dəqiqə çıxış etdim. Şükürlər olsun ki, zədələnmədim. Düşünürəm ki, daha yaxşı Qaranı göstərə biləcəyəm.

Əvvəlki Qaranı görmək üçün təxmini nə qədər vaxt lazımdır?

-Mənim komanda ilə daha çox məşq eləməyim lazımdır. Oyun sayını demək mənim üçün yalnış olar. Düşünürəm ki, milli fasilədə komanda ilə uyğunlaşmağım daha rahat olacaq.

Milli komandaya çağırılmağı gözləyirsinizmi?

-Əlbəttə, bura qayıdanda əsas hədəflərimdən biri bəzi şeyləri geri qaytarmaqdı. Oynamaq istəyirəm mən futbolçuyam. Düşünürəm ki, milli komandaya da xeyir verə bilərəm. Uzun müddətdir ki, oynamıram amma, məşq edirəm. Yaxın müddət ərzində millidəki yerimi qaytarmaq üçün əlimdən gələni edəcəm.

Bu oyunda hakimin çıxışını necə qiymətləndirirsiz?

-Bu oyun ümumiyyətlə avressiv oyun idi. Burda edilən kiçik və ya böyük qayda pozuntusunda haqlı və ya haqsız halda hakimə etiraz edirik. Bu bəzən hakimin yaxşı və ya pis olduğunun göstəricisi deyil. Hakim bəzən epizodları bəzən doğru şərh etmiyə bilər. Düşünürəm ki, Rauf Cabbarovun qəlbində hər hansı bir qərəz yoxdur. Qərarları inanaraq verir. Hakimlər haqqında deyiləcək söz yoxdur. Təşəkkür edirəm ki, turnirin keçirilməsində bizə kömək edirlər. Hətta bəzən bizə yardımda edirlər. Bu gün hakimin özü də bizə yardım etdi. Ona görə gərək avresssiv oyunlarda biz bir-birimizi başa düşək. Aqressiya olmasa oyun olmaz. O zaman gedək biz məhlədə oynayaq. Hətta orda da aqresiyya var.

Bahar Rüstəm

Leave a Reply