Yeni ulduz doğuldu: “Neymarın sol cinahda oynadığını düşünürdüm”

Bakı, 24 oktyabr, Sporaz.tv

Tottenham”-ın 17 yaşlı cinah oyunçusu, dünən axşam UEFA Avropa Liqasında “AZ Alkmaar”-la oyunda öz sözünü qeyd edib. James Maddison oyundan sonra verdiyi açıqlamada gənc futbolçu haqqında bunları deyib: “Neymarın sol cinahda oynadığını düşünürdüm”.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 3-cü həftəsində “Tottenham” “AZ Alkmaar”-ı qəbul edib. İngiltərə yığması Richarlisonun qolu ilə matçda 1:0 hesablı qələbə qazanıb.

Digər tərəfdən “Tottenham”-ın ilk 11-də matça başlayan 17 yaşlı cinah oyunçusu Mikey Moore gecəyə damğasını vurdu.

88 dəqiqə meydanda qalan və çıxışı ilə diqqət çəkən gənc futbolçu, komanda yoldaşlarından da böyük tərif alıb.

Matçdan sonra TNT Sports-a danışan James Maddison, Mikey Moore haqqında: “45-ci dəqiqədən 65-ci dəqiqəyə kimi Neymarın sol cinahda oynadığını düşünürdüm. Əla idi”- deyib.

Maddison davam etdi: “O, qorxmadan topu istəyirdi. O, gənc və istedadlı oğlandır. Ona kömək etmək üçün yaşlı bir oyunçu kimi orada olacağam. Onun çox çalışmasına davam etməsi vacibdir”.

Postecoglou matçdan sonra Mikey Moore haqqında bunları deyib: “Həyəcanlı idi. Murun hər şeyi olduğu kimi qəbul etməsi xoşuma gəlir. O, hər gün çox çalışır, təkmilləşmək istəyir. Bunun uzun bir yol olduğunu başa düşür. Onu necə və nə vaxt istifadə edəcəyimə diqqət yetirirəm, onu heyətə əlavə etməkdən qorxmuram, o, əla gənc oyunçudur və mütləq daha çoxu olacaq. Mənə ən çox güvən verən şey, hər vəziyyəti necə idarə edir. Maddisonun onun haqqında dediklərini eşitsə, sabah ona təsir edəcəyini düşünmürəm. Bu, bizim üçün ən vacib şeydir”-dedi.