Yeni mövsümün ilk böyük transferi yolda

Bakı, 21 iyun, Sporaz.tv

Bir müddət “Fenerbahçe” ilə də anlaşan Nacho Fernandezin yeni komandası formalaşır. Nacho Fernandezin bu yay Səudiyyə Ərəbistanına transfer ediləyi iddia edilir.

Sporaz.tv xəbər verir ki, “Real Madrid“lə müqaviləsinin sonuna gələn və komandadan ayrılacağını açıqlayan Nacho Fernandezin adı “Fenerbahçe”də hallanırdı. Səudiyyə Ərəbistanından da talibləri olan Nacho Fernandezin yeni komandası müəyyən görünür.” Təcrübəli müdafiəçi “Al-Qadsiah”a yollanır. “Al-Qadsiah” və Nacho Fernandezin maliyyə şərtləri ilə bağlı razılığa gəldiyi iddia olunur. “Real Madrid” akademiyasında yetişən və 2012-ci ildə professional müqavilə imzalayan Nacho Fernandez son mövsümdə ümumilikdə 46 matçda meydana çıxıb və 3216 dəqiqə meydanda qalıb.

Bahar Rüstəm