Yeni mövsümdən əvvəl pis xəbər

Bakı, 5 avqust, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Atalanta“da Gianluca Scamaccanın çarpaz bağları qopub. Scamaccanın ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasında ötən mövsümün çempionu “Atalanta”ya hücumçu Gianluca Scamaccadan bəd xəbər gəlib.

“Atalanta” yoldaşlıq görüşündə “Parma” ilə qarşılaşıb.

Dennis Man (2), Ange Bonny və Anthony Partipilo qələbə qollarını vurduqları matçda Parma 4-1 qalib gəldi. “Atalanta”nın yeganə qolu Ademola Lookmandan olub.

Atalantanın ilk 11-də matça başlayan Gianluca Scamacca matçı tamamlaya bilməyib.

İkinci hissədə zədələnən Gianluca Scamacca yan tərəfə çıxarkən, İtaliya mətbuatında çıxan xəbərlərdə 25 yaşlı hücumçunun çarpaz bağlarının qopduğu bildirilib.

Gianluca Scamaccanın 6-8 ay meydandan uzaq qalacağı gözlənilir.

Gianluca Scamacca Atalanta ilə ilk mövsümündə 44 matçda meydana çıxıb.

İtaliyalı hücumçu bu matçlarda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bahar Rüstəm