Yasin Özcan A Milli komandasında

Bakı,10 iyun,Sporaz.tv

Ümit Türkiyə Futbol Komandasının heyətində yer alan Yasin Özcan bu gün axşam saatlarında Polşa ilə yoldaşlıq oyunu üçün Türkiyə Futbol Komandasına qoşulub.

Sporaz.tv məlumat verir ki,Türkiyə Futbol Federasiyasından verilən açıqlamada 18 yaşlı müdafiəçinin bu gün səhər saatlarında Varşavada A Milli Komandasının düşərgəsinə cəlb edildiyi bildirilib.

Bildirilib ki, Varşavada düşərgə salan A və Ümit milliləri sabah müəyyənləşmiş proqram çərçivəsində yoldaşlıq görüşündə üz-üzə gələcəklər.