Yaşar Nəcəfov Yay Olimpiya Oyunlarında mübarizə aparıb

Bakı, 28 iyul, Sporaz.tv

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

 Sporaz.tv xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Y.Nəcəfov turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mənbə: Report