Yaponiyada Tolgay Arslan fırtınası

Bakı, 11 avqust, Sporaz.tv

Bir müddət “Beşiktaş” və “Fenerbahçe“(Fənərbaxça)də da forma geyinən Tolgay Arslan, yeni komandası “Sanfrecce Hiroshima”da ikinci oyununa əvəzedici kimi daxil olub və iki dəfə fərqlənərək qalibiyyətə imza atıb.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”ın və “Fenerbahçe”nin keçmiş futbolçusu Tolgay Arslan, ötən ay Avstraliyanın “Melbourne City” komandasından transfer olunduğu Yaponiya təmsilçisi “Sanfrecce Hiroshima”da ikinci matçına çıxıb.

Yaponiya J1 Liqasının 26-cı həftəsində Cerezo Osakanı qəbul edən Hirosima, qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.

Türkiyədə “Galatasaray”(Qalatasaray), “Eskişehirspor” və “Karabükspor”u çalışdıran baş məşqçisi Michael Skibbe olan Sanfrecce Hiroşimaya 3 xal gətirən qolları 78 və 85-ci dəqiqələrdə Tolgay vurub.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan təcrübəli yarımmüdafiəçi 63-cü dəqiqədə Hayao Kawabeni əvəzləyib.

Bu qələbə ilə Hirosima J1 Liqasında xallarını 46-ya yüksəldib və lider Machidadan 4 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb. Cerezo Osaka 38 xalla 6-cı pillədə qalıb.