Bakı, 28 iyun, Sporaz.tv
Yaponiya və Polşa, voleybolda FIVB Kişi Millətlər Liqasının (VNL) yarımfinalına çıxıblar.
Sporaz.tv xəbər verir ki, Polşanın Lodz şəhərində keçirilən final mərhələsində ilk oyunlar keçirilib. 1/4 finalda Yaponiya Kanadanı 3:0, ev sahibi Polşa isə Braziliyanı 3:1 hesabı ilə məğlub edib.
Sabah keçiriləcək 1/4 final matçlarında İtaliya Fransa ilə, Sloveniya isə Argentina ilə qarşılaşacaq.