Yaponiya, Tolgay Arslan haqqında danışır

Bakı, 5 sentyabr, Sporaz.tv

Avstraliyanın “Melbourne City“(Melburn Siti) komandasından Yaponiya təmsilçisi “Sanfrecce Hiroshima“(Sanfreççe Xirosima)-ya transfer olunan Tolgay Arslan, vurduğu qollarla gündəmdə olub.

Sporaz.tv məlumat verir ki, bir müddət “Beşiktaş” və “Fenerbahçe“(Fənərbaxça)-də çıxış edən Tolqay Arslan transfer olunduğu “Sanfrecce Hiroshiama”-kı çıxışı ilə Yaponiyanı silkələyib.

Oyunçu, Yaponiya Liqa Kubokunda “Nagoya Grampus”-a qarşı keçirdikləri son matçda vurduğu baş zərbəsi ilə komandasına səfərdə qələbə qazandırıb.

Tolqay Arslan bu mövsüm “Sanfrecce Hiroshima”-nın heyətində 7 oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 7 qol vurub, 1 məhsuldar ötürmə edib.