Yamal və Messi arasındakı müəmmalı əlaqə

Bakı, 10 iyul, Sporaz.tv

Məlum olub ki, “Barcelona“nın 16 yaşlı istedadı Lamine Yamal ilə əfsanəvi futbolçu Lionel Messi arasında illər əvvələ təsadüf edən təəccüblü bir əlaqə var.

Sporaz.tv məlumat verir ki, İspaniya 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) yarımfinal matçında Fransaya 2:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Matçın 21-ci dəqiqəsində dəbli qol vuraraq komandasına hesabı bərabərləşdirən Yamal Avropa çempionatı tarixinin ən gənc qolçusu (16 yaş 362 gün) olub.

Adını futbol tarixinə yazdıran Yamal UEFA tərəfindən də matçın oyunçusu mükafatına layiq görülüb.

Son dövrlərin İspaniya futbolunun ən önəmli istedadlarından biri olan Lamine Yamal ilə hazırda “İnter Mayami“də çıxış edən “Barcelona”nın əfsanəvi adı Lionel Messi arasında heyrətamiz bir detal ortaya çıxıb.

Yamalın atası keçmişi ilə bağlı paylaşdığı fotolarla sosial mediada böyük marağa səbəb olub.

Fotolarda Messini 2007-ci ilin dekabrında xeyriyyə kampaniyasının çəkilişləri zamanı o vaxt cəmi 6 aylıq körpə olan Lamine Yamalı çimərkən görmək olar.

Kadrları çəkən fotoqraf Joan Monfort, “Barcelona”nın o dövrün oyunçularının yerli “Diario Sport” qəzeti və UNICEF-in hər il təşkil etdiyi yardım kampaniyası çərçivəsində uşaqlar və ailələri ilə təqvim üçün poza verdiklərini söylədi. Yamalın o zaman 20 yaşında olan Messi ilə cütləşdiyini ifadə edən Monfort, “UNICEF Lamine ailəsinin yaşadığı Matarodakı Roca Fonda məhəlləsində lotereya keçirdi. Onlar Barselona ilə şəkil çəkdirmək üçün çəkilişdə iştirak etdilər. Camp Nou-nun oyunçusu və onlar lotereyada qalib gəldilər.”-dedi.