Yam Madar ilə yolları ayrıldı

Bakı, 18 iyun, Sporaz.tv

Fenerbahçe Beko 23 yaşlı oyun qurucusu Yam Madar ilə yollarını ayırdıqlarını açıqlayıb.

 Sporaz.tv xəbər verir ki, Fenerbahçe Kişi Basketbol Komandası 23 yaşlı İsrailli basketbolçu Yam Madar ilə yollarını ayırdıqlarını açıqlayıb.

Sarı-göylü komandadan verilən açıqlamada, “Fenerbahçe Beko-nun 2023-24 mövsümü heyətində yer alan idmançımız Yam Madar ilə yollarımızı ayırdıq. Yam Madara Fenerbahçe ailəsinə verdiyi töhfələrə görə təşəkkür edirik. Karyerasının yeni dövründə uğurlar arzulayırıq”ş

Bu mövsüm Madar sarı-göy rəngli forma ilə Türkiyə Kuboku və Basketbol Super Liqasında çempion olub.

Vüqar ALIŞOV