Xorvatiya bir qolla 3 xal qazanıb

Bakı, 9 sentyabr, Sporaz.tv

UEFA Millətlər A Liqasında XorvatiyaPolşa milliləri üz-üzə gəlib. Qarşılaşma 1:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Sporaz.tv xəbər verir ki, UEFA Millətlər Liqasında mübarizələr davam edir. A Liqasında Xorvatiya və Polşa üz-üzə gəlib.

Qarşılaşma 1:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb. Qələbə qolu 52-ci dəqiqədə Luka Modricdən gəlib.

Xorvatiyada “Fenerbahçe”nin futbolçusu Dominic Livakovic matça ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.

“Fenerbahçe”nin digər futbolçusu Sebastian Szymanski matça ilk 11-də başlayıb və 86 dəqiqə meydanda olub.

Bu nəticə ilə Xorvatiya ikinci görüşdə ilk qələbəsini qazanaraq xalını 3-ə yüksəldib. İlk məğlubiyyətini alan Polşa 2 görüşdən sonra 3 xalla qalıb.

Bahar Rüstəm

Leave a Reply