Bakı, 9 sentyabr, Sporaz.tv
UEFA Millətlər A Liqasında Xorvatiya və Polşa milliləri üz-üzə gəlib. Qarşılaşma 1:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.
Sporaz.tv xəbər verir ki, UEFA Millətlər Liqasında mübarizələr davam edir. A Liqasında Xorvatiya və Polşa üz-üzə gəlib.
Qarşılaşma 1:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb. Qələbə qolu 52-ci dəqiqədə Luka Modricdən gəlib.
Xorvatiyada “Fenerbahçe”nin futbolçusu Dominic Livakovic matça ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.
“Fenerbahçe”nin digər futbolçusu Sebastian Szymanski matça ilk 11-də başlayıb və 86 dəqiqə meydanda olub.
Bu nəticə ilə Xorvatiya ikinci görüşdə ilk qələbəsini qazanaraq xalını 3-ə yüksəldib. İlk məğlubiyyətini alan Polşa 2 görüşdən sonra 3 xalla qalıb.
Bahar Rüstəm