Bakı, 12 oktyabr, Sporaz.tv
UEFA Millətlər Liqasında Xorvatiya Şotlandiyanı 2:1 hesabı ilə məğlub edib. Xorvatiyanın qapısını Dominik Livakoviç qoruyub.
Sporaz.tv məlumat verir ki, UEFA Millətlər A Liqasının 1-ci qrupunun 3-cü oyununda “Maksimir” stadionunda Xorvatiya və Şotlandiya milliləri qarşılaşıb.
Şotlandiya 33-cü dəqiqədə Christienin qolu ilə önə keçib. Xorvatiya 36-cı dəqiqədə Matanovicin qolu ilə cavab verib. Meydan sahibləri, 70-ci dəqiqədə Kramaricin qolu ilə hesabda önə keçib. Şotlandiya Adamsla 90+5 hesabı bərabərləşdirsə də, VAR yoxlamasından sonra qol ləğv edilib. Dominik Livakovic matçda 90 dəqiqə meydanda olub.
Xorvatiya qrupda ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib. Şotlandiya isə hələ bir nöqtəyə çatmayıb.