Xherdan Shaqiri rəsmi olaraq elan etdi: “Vidalaşmağın vaxtı gəldi”

Bakı, 15 iyul, Sporaz.tv

ABŞ-ın “Chicago Fire ” komandasında çıxış edən futbolçu Xherdan Shaqiri, İsveçrə millisi ilə vidalaşdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, futbolçu karyerasını ABŞ-da davam etdirən Xherdan Shaqiri, sonuncu dəfə 2024-cü il Avropa çempionatında (AVRO-2024) çıxış etdiyi İsveçrə Milli Komandası ilə vidalaşıb.

32 yaşlı yarımmüdafiəçi, sosial media hesabındakı paylaşımında, “Yeddi turnir, çoxlu qol, İsveçrə Milli Komandası ilə 14 il və unudulmaz anlar. Artıq milli komanda ilə vidalaşmağın vaxtıdır. Böyük xatirələr qalıb və mən hamınıza təşəkkür edirəm”- dedi.

Shaqiri, Amerika Major League Soccer (MLS) komandalarından biri olan Chicago Fire-da oynayır.