Xherdan Shaqiri 12 ildən sonra vətənə qayıdıb

Bakı, 16 avqust, Sporaz.tv

İsveçrəli futbolçu Xherdan Shaqiri, infrastrukturunda məşq etdiyi “Basel” klubu ilə 3 illik müqavilə imzalayıb.

ABŞ-ın “Chicago Fire” komandası ilə yollarını ayıran isveçrəli futbolçu Xherdan Shaqiri infrastrukturda məşq etdiyi “Basel”ə transfer olunub. 32 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Shaqiri, imzalanma mərasimində verdiyi açıqlamada: “FK Baselə qayıda bildiyim üçün çox xoşbəxtəm. Uşaqlığımdan bəri bir azarkeş və oyunçu olaraq bu kluba və bölgəyə dərin bağlılığım var. Tamamladım. Baseldəki futbol təhsilimdən sonra beynəlxalq karyerama başlaya bildim. İndi Basel ilə yenidən hücuma keçmək istəyirəm”.- dedi.

Xherdan Shaqiri, 2012-ci ildə “Bazel”dən ayrıldıqdan sonra “Bavariya“, “İnter“, “Stoke City“, “Liverpool“, “Lyon ” və nəhayət, “Chicago Fire”da çıxış edib.

Shaqiri, ötən mövsüm MLS-də 12 matçda meydana çıxıb və komandasına 2 qol və 1 məhsuldar ötürmə verib.