Xarici futbolçu sayı üçün qərar günü

Bakı, 10 sentyabr, Sporaz.tv

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin bu gün Superliqadakı bəzi klubların əcnəbi futbolçu sayındakı “+1 artım” tələbini müzakirə edəcəyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” və “Trabzonspor” klublarındakı əcnəbi futbolçuların sayını dəyişmək üçün Futbol Federasiyasına müraciət edib.

TFF İdarə Heyətinin bu gün keçiriləcək iclasında məsələ ilə bağlı qərar verəcəyi bildirilib.

Klublar Assosiasiyasının son toplantısında əcnəbilərin sayının artması müzakirə mövzusu olub. Bəzi klublar “Qaydalara uyğun hazırlaşdıq. Heç bir problemimiz yoxdur” deyərkən, xüsusilə “Beşiktaş”, “Galatasaray” və “Trabzonspor” əcnəbi sayının 1-ə qədər artırılmasını istəyib.

Görüşdən sonra Klublar Birliyi və “Fenerbahçe”nin prezidenti Ali Koç, “Federasiyamız 12-ni 14-ə çevirdi. Bəzi klublarda hələ də çoxlu əcnəbi var. Futbolçuların transfersiz qalması zərərlidir. Bununla bağlı məsləhətləşəcəyik. Federasiyaya bildirdik ki, problemi olmayan klublar problemi olanlara dəstək versin”.

Türkiyə Futbol Federasiyasının İdarə Heyəti bu gün məsələ ilə bağlı qərar verəcək.

Bahar Rüstəm

Leave a Reply