Wout Weghorstdan Beşiktaş cavabı

Bakı, 16 iyun, Sporaz.tv

Wout Weghorst 2024-cü il Avropa Futbol Çempionatına qələbə ilə başladıqlarına görə xoşbəxt olduğunu bildirib. Weghorst “Beşiktaş“la bağlı sualı belə cavablandırıb: “Həqiqətən mənim üçün özəl günlər idi. Orada gözəl günlər keçirdim. Onlar hər zaman ürəyimdə olacaq”, -deyə cavab verdi.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-də ilk oyununda Hollandiya Polşaya qalib gəldi.

Hollandiyaya Polşa üzərində qələbə qazandıran qolları Cody Gakpo və Wout Weghorst vurub.

Matçdan sonra Weghorst TRT Sporun suallarını cavablandırıb.

Polşa matçı ilə bağlı Weghorst, “Çox xoşbəxtəm. Əla an idi. Matçın bitməsinə 10-15 dəqiqə qalmış oyuna girdim. Çox özəl bir an idi. Kömək edə bildiyim üçün çox xoşbəxtəm. İlk matçlar bizim üçün hər zaman əhəmiyyətlidir” deyib.

Hücumçu AVRO-2024 ilə bağlı da bunları deyib: “Avropa çempionatında hər bir komanda keyfiyyətlidir. Ona görə də ilk matçlar çox önəmlidir. Növbəti matçı səbirsizliklə gözləyirik. Bütün diqqətimizi həmin matça yönəldəcəyik və məğlub olmaq üçün heç bir səbəb yoxdur” dedi.

“Beşiktaş”da oynadığı dövrlə bağlı suala Weghorst, “Mənim üçün mükəmməl vaxtlar idi. Türkiyə və Beşiktaşdakı günlərimə baxanda, xüsusən də azarkeşlər çox ehtiraslı idilər. Mənim üçün həqiqətən xüsusi günlər idi. Əla günlər keçirdim. Onlar həmişə mənim ürəyimdə olacaq”,-deyə cavab verdi.

“Sizi yenidən Beşiktaşda görəcəyik?” Sualla bağlı hollandiyalı hücumçu “Biz heç vaxt bilə bilmərik” deyib.

Bahar Rüstəm