Wout Weghorst ilə razılaşma əldə edilib

Bakı, 28 avqust, Sporaz.tv

Hollandiya Liqası komandalarından olan “Ajax“(Ayaks) “Burnley“(Bernli)-dən Wout Weghorstu heyətinə qatmağa hazırlaşır. Transferin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Sporaz.tv məlumat verir ki, İngiltərə çempionatının komandalarından olan “Burnley”nin heyətində yer almayan Wout Weghorst, yenidən “Eredivisi”də çıxış edəcək.

Hollandiya mətbuatı yer alan xəbərdə “Ajax” və “Burnley”in transfer üçün razılığa gəldiyi bildirilib.

Weghorstun bu gün tibbi müayinədən keçəcəyi və transferin qısa müddətdə rəsmiləşəcəyi bildirilib. Hollandiyalı hücumçu transfer dönəmində də “Trabzonspor”-un gündəmində olub.

Xəbərdə, “Ajax”ın Silvano Vosun transferi üçün “Milan”-la anlaşdığı bildirilib.

İqtisadi sıxıntılar yaşayan “Ajax”-ın bu transferdən bonuslar da daxil olmaqla 5 milyon avro qazanacağı, Vosun transferi ilə “Weghorst” üüçün vəsait ayrıldığı qeyd edilib.

Ötən mövsümü Bundesliqa komandalarından olan Hoffenheimda başa vuran Wout Weghorst, Hollandiyaya geri qayıtmağın və “Ajax”-da oynamağın onun özü üçün seçimlərdən biri olduğunu bildirib.

Keçən ay Kickerə müsahibə verən hollandiyalı hücumçu belə demişdi: “Mənim üçün ümumi transfer paketi münasib olmalıdır. Biz ailə olaraq çox səyahət edirik. Bizim üçün daimi yer axtarırıq. Beləliklə, “Ajax” Hollandiyanın ən böyük klubudur. Daha çox sözə gərək yoxdur.”- aşağıdakı ifadələrdən istifadə edib:

Hollandiyanın Deto, II Villem, Emmen, Herakles və AZ Alkmaar klublarında çıxış edən Wout Weghorst, 2018-ci ildə “Wolfsburg”-la anlaşıb.

2022-ci ildə “Wolfsburg”-dan “Burnley”-yə transfer olunan təcrübəli hücumçu növbəti mövsümün ilk hissəsini “Beşiktaş”, ikinci hissəsini isə icarə əsasında “Manchester United”(Mançester Yunayted)-də keçirib.

Weghorst, keçən mövsümü “Hoffenheim“-də başa vurub. Hollandiyalı hücumçu karyerası ərzində 490 matçda 184 qol vurub və 60 məhsuldar ötürmə edib.

Bu mövsüm “Burnley”-in 3 liqa matçının ikisində heyətdə olan Wout Weghorst, cəmi 23 dəqiqə oynayıb.