“Wolfsburg”dan bir transfer daha

Bakı, 5 iyun,Sporaz.tv

Kopenhagen“in qapıçısı Kamil Grabaranı 10 milyon avronu aşan qarşılığında heyətinə qatan “Wolfsburg” “Schalke“dən Marius Mülleri heyətinə qataraq daha bir qapıçı transfer edib.

 Sporaz.tv xəbər verir ki, Almaniya Bundesliqa komandası “Wolfsburg” 2-ci Liqa təmsilçisi “Schalke”nin qapıçısı Marius Mülleri heyətinə qatdığını açıqlayıb.

Müllerin müqavilə müddəti ilə bağlı Alman klubundan heç bir açıqlama verilməsə də, Alman mətbuatında yer alan xəbərlərə görə, “Wolfsburg”Schalke”yə 1 milyon avro transfer əvəzi ödəyəcək.

30 yaşlı qolkiper “Kopenhagen”dən alınan polşalı qapıçı Kamil Grabara və “Herta Berlin”in yarımmüdafiəçisi Kendi Dardaidən sonra bu mövsüm “Volfsburq”un üçüncü transferi olub.

10,3 milyon avroya transfer edilən Grabaranın müqaviləsi başa çatan və Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilən Koen Kasteelsin yerinə Almaniya yığmasında ilk qapıçı olacağı gözlənilir. Alman mətbuatına görə; Müller Casteels-in ehtiyat oyunçusu olacaq.

Əvvəlki mövsümdə 22 matçda meydana çıxan və 31 qol buraxan Müller 6 matçda qapısını təmiz saxlayıb. Kayzerslautern infrastrukturunda yetişən alman qolkiperin karyerası Bundesliqa təmsilçisi “Leipzig”və İsveçrənin “Luzern” komandasında da var.

Bahar Rüstəm