Williams: “İki həftə sonu beş qəza yaşadıq”

Bakı, 8 noyabr, Sporaz.tv

James Vowles deyir ki, son iki yarış həftəsonunda baş verən beş böyük qəza ehtiyat hissələrinin çatışmazlığına səbəb olub.
Sporaz.tv xəbər verir ki, Meksika və Braziliyada Williams komandasının sürücüləri Aleks Albon və Franko Kolapinto qəzaya uğrayıb və avtomobilə ziyan dəyib.

Albon Meksikadakı ilk məşq sessiyasında Oliver Bearman ilə təmasdan sonra böyük bir qəza keçirdi, onun yarışı isə açılış dövrəsində “RB”-dən Yuki Tsunoda ilə təmasda başa çatdı.

Braziliyada Albon yaş seçmə sessiyasında böyük qəza keçirdi və avtomobilə dəyən ziyan vaxtında təmir oluna bilmədiyi üçün yarışdan kənarlaşdırıldı.

Bütün bunlara baxmayaraq, Vowles Williamsın gələcəkdə nələrə nail ola biləcəyinə inamının dəyişməz qaldığını deyir.

“Braziliya həftəsonu bəlkə də bütün karyeramın ən qəddar həftə sonu idi. Yeddi gün ərzində beş böyük qəza ilə üzləşdik. Bu, şəbəkədə demək olar ki, heç kimin öhdəsindən gələ bilməyəcəyi rəqəmdir”,- deyib.

Məhəmməd Qasımov

Leave a Reply