Wilfried Zaha “Galatasaray” azarkeşlərini danladı

Bakı, 19 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan ayrılmaq istədiyini rəhbərliyə bildirən Wilfried Zaha, kanalında diqqət çəkən açıqlamalar verib. “Galatasaray” azarkeşlərini qınayan Zaha, başına gələn hadisəni danışıb. Digər tərəfdən təcrübəli futbolçu niyə oynamaması ilə bağlı suala diqqətçəkən cavab verib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-dan ayrılması gündəmdə olan Wilfried Zaha, öz kanalında diqqətçəkən açıqlamalar verib.

Fil Dişi Sahilli futbolçu, “Galatasaray” azarkeşləri ilə başına gələn olaydan danışıb və “sarı-qırmızılılar”ı qınayıb.

Zaha : “Galatasaraydan ayrılıb getməməyim niyə insanları bu qədər narahat edir? Əsas odur ki, komanda yaxşı işləyir və qalib gəlir. Mən orda olsam da, olmasam da komanda qalib gəlir”.- dedi.

“Galatasaray” azarkeşləri ilə yaşadığı hadisəni izah edən Wilfried Zaha: “Gəldiyim gündən bəri mənə sevgi göstərən çoxlu Galatasaraylı azarkeşlər var. Sevgi göstərməyənlər də az deyil.” – dedi.

Buna qulaq asın: “Avstriyada oynadığımız mövsümöncəsi matçda yalnız “Galatasaray” azarkeşləri iştirak edirdi. Biri az qala üzümə dəyəcək məşəl atdı. Onların hamısı “Galatasaray” azarkeşi idi. Orada rəqib azarkeş yox idi, sadəcə “Galatasaray” azarkeşləri var idi. Biri az qala üzümü yandıracaq məşəl atdı. Bir az geri çəkilməsəydim, üzümdə çapıq qalacaqdı, amma o zaman mənə “səni sevirik” deyəcəkdiniz”.-sözlərini ifadə edib.

Niyə oynanılmaması ilə bağlı sualı cavablandıran Zaha deyib:

“Nə üçün oynamadığımı danışmaq istəyirsinizsə, menecerlərdən soruşun. Mən bu barədə danışmaq üçün burada deyiləm. Bəzi şeylərə nəzarətim yoxdur”.