“West Ham United” yeni baş məşqçisini açıqladı

Bakı, 23 may, Sporaz.tv

İngiltərə Premyer Liga komandalarından olan “West Ham Yunayted” Julen Lopeteguinin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada komandanın yeni baş məşqçisinin  Julen Lopetegui olduğu bildirilib.

Lopetegui: “İlk növbədə, bu böyük klubun gələcəyinin bir parçası olduğum üçün çox şadam. Olmaq istədiyim yerdəyəm. Bu çağırış üçün həyəcanlıyıq. Klubumuza və komandamıza kömək etmək üçün əlimizdən gələni edəcəyik. Komanda ən yaxşı səviyyəyə çatır”.

İspan məşqçi həmçinin deyib: “Bir məşqçi kimi mənim həvəsim həmişə daha yaxşı olmaq, daha böyük hədəflərə çatmaq, komandanı təkmilləşdirmək və yarışmaqdır.

Vüqar ALIŞOV