“West Ham“ komandasına yeni baş məşqçi təyin olundu

Bakı, 23 may, Sporaz.tv

İngiltərənin “West Ham (Vest Hem) komandasının yeni baş məşqçisi məlum olub.

Sporaz.tv  Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi ispaniyalı baş məşqçi “Julen Lopetegui (X. Lopetegi)” ilə müqavilə imzalayıb. O, bu postda “David Moyes“(Devid Moyes)”-i əvəzləyib.

Qeyd edək ki,“Julen Lopetegui (X. Lopetegi)”-in son iş yeri İngiltərənin “Wolverhampton wanderers (Vulverhempton)” komandası olub.