Wesley Fenerbahçe üçün iddia: 18 milyon avro təklif

Bakı, 19 iyul, Sporaz.tv

Fenerbahçe “nin “Corinthians“da çıxış edən 19 yaşlı hücumçu Wesley üçün 18 milyon avro təklif etdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Fenerbahçe “nin “Corinthians”da çıxış edən cinah hücumçusu Wesley üçün təklif etdiyi iddia edilib.

Sarı-göylü klub Wesleyni heyətinə qatmaq üçün Braziliya komandasına 18 milyon avroluq transfer təklif etsə də, Corinthians bu təklifi qəbul etməyib.

Xəbərdə Braziliya təmsilçisinin 19 yaşlı futbolçusu üçün 30 milyon avro tələb etdiyi, “Fenerbahçe “nin yaxın günlərdə yeni təkliflə çıxış edəcəyinin gözlənildiyi bildirilib.

Bu arada “Fenerbahçe ”nin baş məşqçisi Jose Mourinhonun “Roma”nı çalışdırdığı müddətdə gənc futbolçunu izlədiyi qeyd edilib.

Bu mövsüm 38 dəfə “Corinthians”ın formasını geyinən Wesley 5 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib. Braziliyalı futbolçunun komandası ilə 2027-ci ilin sonuna qədər müqaviləsi var.