Bakı, 26 oktyabr, Sporaz.tv
İki dəfə önə keçdiyi və son dəqiqədə buraxdığı qolla “Werder”-lə 2:2 bərabərə qaldığı görüşdə “Bayer Leverkuzen”, üstünlüyünü qoruya bilməyib.
Sporaz.tv xəbər verir ki, Almaniya Bundesliqasının 8-ci həftəsində “Werder,” ötən mövsümün çempionu “Bayer”-i qəbul edib. Weser stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaq komanda 30-cu dəqiqədə Victor Boniface və 77-ci dəqiqədə Felix Agunun (avtoqol) vurduğu qollarla 2 dəfə hesabda önə keçsə də, 74-cü dəqiqədə Marvin Ducksch və 90-cı dəqiqədə Romano Schmidin qollarının qarşısını ala bilməyib. .
Bu nəticə ilə “Leverkuzen” Bundesliqadakı xallarını 15-ə yüksəldib və 3-cü pillədə qərarlaşıb. “Werder Bremen” 12 xalla 9-cu pillədə qərarlaşıb.