Weghorst üçün sürpriz Super Liqa iddiası

Bakı, 7 iyun, Sporaz.tv

Roman Yaremçukun transferini tamamlamaq üzrə olan “Trabzonspor” üçün təəccüblü iddia ortaya atılıb. Tünd qırmızı-mavililərin əsas hədəfi “Beşiktaş”ın sabiq hücumçusudur.

Sporaz.tv xəbər verir ki, Yaremçuk transferi yekunlaşmaq üzrə olan “Trabzonspor”un əsas hədəfi Wout Weghorstdur.
Hollandiyalı hücumçunun Abdullah Avcının 1 nömrəli hədəfi olduğu iddia edilib.

“Bernli” ilə 1 illik müqaviləsi olan və klub aşağı liqaya düşdükdən sonra komandadan ayrılmaq istəyən Weghorst qısa müddətdə “Trabzonspor”la danışıqlar apara bilər.

Weghorst ötən mövsüm “Bernli”nin heyətində 30 oyun keçirib.31 yaşlı futbolçu bu görüşlərdə 7 qol vurub və 4 turşuluq edib.