Wanda Nara İcardini məhkəməyə verib

Bakı, 14 noyabr, Sporaz.tv

Wanda Naranın ayrılmaq mərhələsində olduğu “Galatasaray“(Qalatasaray)-ın ulduzu Mauro İcardiyə qarşı “qadınlara qarşı zorakılıq” ittihamı ilə məhkəməyə müraciət etdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, son zamanlar Wanda Nara ilə münasibəti ilə gündəm olan Mauro İcardi ilə bağlı səs-küylü iddia ortaya atılıb.

Ayrılma mərhələsində olduğu Wanda Nara ilə mübahisəsindən sonra Mauro İcardiyə qarşı “qadınlara qarşı şiddət” iddiası ilə qanuni tədbir görüldüyü iddia edilib.

America TV-də yayımlanan xəbərə görə Argentinada İcardinin Wanda Nara ilə şiddətli mübahisə etdiyi bildirilərkən, bu mübahisədən sonra Wanda Naranın vəkilləri İcardiyə qarşı məhkəmə prosesi başladıb.

Xəbərdə İcardinin noyabrın 15-də Argentinada məhkəmə qarşısına çıxacağı bildirilib.

Leave a Reply