Wanda Nara İcardi ilə boşandığı iddia edilir

Bakı, 9 iyul, Sporaz.tv

Wanda Naranın Mauro İcardidən boşanmaq üçün məhkəməyə verdiyi xəbər Argentina mətbuatında böyük əks-səda doğurub. Wanda Naranın sosial mediada İcardini izləməməsi diqqət çəkib.

Sporaz.tv xəbər verir ki, Wanda Naranın “Galatasaray“ın hücumçusu Mauro İcardi ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.

Argentina mətbuatında çıxan xəbərlərdə cütlüyün ayrılıq ərəfəsində olduğu vurğulanıb.

Digər tərəfdən məşhur argentinalı jurnalist Laura Ubfalın xəbərinə görə, Wanda Nara İkardi ilə ayrılıb.

Ubfalın xəbərlərində Wanda Naranın vəkili Ana Rosenfeldin sözləri də yer alıb:

“Vanda çoxdan bu qərarı vermək istəyirdi”

Wanda Nara sosial media hesabında Mauro İcardini izləməyi dayandırıb. Argentinalı futbolçunun Wanda Naranı izləməyə davam etdiyi görülüb.

Bahar Rüstəm