Volkan Demireldən 2 transfer proqnozu

Bakı, 19 avqust, Sporaz.tv

Məşqçi və futbol şərhçisi Volkan DemirelBeşiktaş” – “Antalyaspor” matçını dəyərləndirib. Volkan Demirel matçdan sonra “Beşiktaş” üçün 2 transfer proqnozu verib.

Sporaz.tv xəbər verir ki, gənc məşqçi Volkan Demirel “Beşiktaş”ın “Antalyaspor”u 4:2 hesabı ilə məğlub etdiyi matçı TV100-də dəyərləndirib. Volkan Demirel də “qara-ağlar” üçün transfer proqnozu verib.

“Beşiktaş”ın müəyyən oyun oynamadığını bildirən Volkan Demirel, “Bu gün buraxdıqları erkən qola baxmayaraq, “Beşiktaş” geri dönməyi bacardı. Beşiktaşda müəyyən bir oyun yoxdur. Hücumdakı bacarıqlı oyunçuları sayəsində qol vurmağı bilirlər. Beşiktaş keçid oyunu və əks-hücumlarla qol vurur”.

Yeni transfer Cher Ndourun Beşiktaş karyerasına yaxşı bir başlanğıc etdiyini ifadə edən Dəmirəl, “Ndourun performansı ilə “Beşiktaş”ın atdığı hər zar uğurlu oldu” dedi.

“Beşiktaş” rəhbərliyini Rafa Silvanın transferinə görə təbrik edən Volkan Demirel, “Rafa Silvanın tərifə ehtiyacı yoxdur. O, “Benfica”da oynadığı vaxtdan bəri 92 qol vurub, 52 məhsuldar ötürmə edib. Məncə, burada rəhbərliyi təbrik etmək lazımdır. Bu adamı bura gətirmək asandır, futbolçu tam yetkinlik çağındadır”.

Emirhan və Semihdəki dəyişikliklərə görə Giovanni Van Bronckhorst-u tənqid edən Volkan Demirel, “Emirhan və Semihin niyə meydana çıxdığını başa düşmədim. Ritm tapan oyunçulardı. Emirhan iki qol vurdu və ləğv olundu, bəlkə də gedəcəkdi. Üçüncüsü isə bunu tənqid kimi qəbul etməməlidirlər, bu, vicdanla edilmiş bir şərhdir” dedi.

Rashicanın çıxışını yüksək qiymətləndirən gənc məşqçi uğurlu futbolçunu “daxili transfer” kimi qiymətləndirib.

Volkan Demirel son olaraq “Beşiktaş”ın transfer gündəminə toxunub.

Demirel, “Beşiktaş” rəhbərliyinin bu havanı gördükdən sonra bir-iki gücləndirmə daha edəcəyini düşünürəm” dedi.

Bahar Rüstəm