Vinicius Jr. Yamal və Raphinhanı dəstəkləyib

Bakı, 28 oktyabr, Sporaz.tv

Dünənki Clasico zamanı bir neçə Madrid azarkeşi qonaq komandanın bəzi futbolçularına qarşı irqçi şüarlar səsləndiriblər.

Sporaz.tv xəbər verir ki, Yamalı və digər futbolçuları irqçilik zəminində təhqir edən axmaqlardan biri videoda görünür. Kameralar onu qeydə alıb, ona görə də şəxsiyyəti dəqiq müəyyən ediləcək.

O, artıq Bernabeuya ayaq basmayacaq və bu haqlı qərardır. Belə vəziyyətlərdə məhz belə olmalıdır. Ola bilsin ki, klubun da qarşıdan gələn La Liga matçları üçün bir və ya iki tribunası bağlansın.

Vinicius Yamal, Fati və Raphinhanı dəstəkləyib:

“Təəssüf ki, dünən Bernabeuda irqçi təhqir epizodu oldu.Bu cinayətkarların cəmiyyətimizdə yeri yoxdur. Lamin, Ansu və Raphinhaya bütün dəstəyimi nümayiş etdirirəm. Bilirəm ki, Madridin polisi günahkarları müəyyən etmək və cəzalandırmaq üçün hər şeyi edəcək.”

“Real Madrid” artıq bu haqda rəsmi bəyanat verib:

“Real Madrid” futbolda və idmanda irqçilik, ksenofobiya və ya zorakılığa işarə edən hər hansı davranışı qətiyyətlə pisləyir və dünən gecə stadionda bir neçə azarkeşin söylədiyi təhqirlərə görə dərin təəssüf hissi keçirir.

“Real Madrid” müvafiq intizam tədbirlərinin görülməsi üçün bu acınacaqlı və biabırçı təhqirlərə görə məsuliyyət daşıyanları tapmaq və müəyyən etmək məqsədi ilə araşdırmaya başlayıb.”

Məhəmməd Qasımov