Bakı, 12 noyabr, Sporaz.tv
Məşqçi axtarışında olan “Roma“-nın, millinin məşqçisi Vincenzo Montellanı komandaya rəhbər təyin etmək istədiyi iddia edilib. TFF ilə daha 2 il anlaşan Vincenzo Montellanın müqaviləsində sərbəst qalma maddəsinin olduğu və “Roma”-nın bu maddədən yararlanmaq istədiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, İvan Juriclə yollarını ayıran “Roma”-nın, Türkiyə millisinin baş məşqçisi Vincenzo Montellanı transfer gündəminə gətirdiyi iddia edilib.
“Roma”-nın baş məşqçi namizədləri arasında Montella favoritdir.
Xəbərdə, Türkiyə Futbol Federasiyası (TFF) ilə 2026-cı ilə qədər müqaviləsi olan italiyalı çalışdırıcının A Seriyası klubunun, müqavilədəki sərbəstlik bəndindən yararlanacağı iddia edilib.
İddiaya görə, Montellanın 6 aylıq maaşının TFF-yə ödənilməsi şərti ilə sərbəst buraxılması mümkündür.
Xəbərin təfərrüatında “Roma”-nın 50 yaşlı çalışdırıcı ilə uzunmüddətli müqavilə bağlaya biləcəyi qeyd edilib.