Vincenzo Montella: “Biz çox xoşbəxtik”

Bakı, 18 iyun, Sporaz.tv

Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella, 3:1 hesabı ilə qalib gəldikləri Gürcüstan matçından sonra danışıb.

Sporaz.tv xəbər verir ki, Vincenzo Montella qalibiyyəti belə şərh edib:

“Çox xoşbəxtik. Çoxlu təsadüflərin bir araya gəldiyi bir gün idi. Bayram, mənim ad günüm… Qələbə, verdiyimiz fədakarlıqların mükafatı idi. İndi xoşbəxtik, amma sabahdan növbəti matça konsentrə olmalıyıq .Mən ilk növbədə bu qələbəni türk millətinə, daha sonra Enes və Ozana həsr etmək istərdim. Onlar ağır xəsarətlərlə evdə qalmalı olublar. Azarkeşlərin dəstəyi bizi daha da gücləndirir, zəhmət olmasa belə davam edin”.