Vincent Aboubakar üçün gözlənilməz transfer iddiası

Bakı, 28 avqust, Sporaz.tv

Beşiktaş“-ın atdığı Vincent Aboubakar üçün sürpriz talib çıxdı. Yunanıstan komandası, Aboubakar üçün Beşiktaşa təklif etməyə hazırlaşır.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın yeni mövsüm planları arasında yer almayan Vincent Aboubakar üçün sürpriz transfer ehtimalı ortaya çıxıb.

Yunanıstan təmsilçisi, məşqçi Giovanni van Bronckhorst tərəfindən kənarlaşdırılan Aboubakarla maraqlanıb.

AEK, Vincent Aboubakarla ciddi şəkildə maraqlanır.

Xəbərdə Yunanıstan komandasının Aboubakar üçün Beşiktaşa rəsmi təklif verməyə hazırlaşdığı vurğulanıb.

“Beşiktaş”ın sabiq futbolçusu Domaqoj Vida və “Galatasaray“(Qalatasaray)-ın sabiq futbolçusu Nordin Amrabat da futbolçu karyeralarını AEK-də davam etdirirlər.

Beşiktaş dünən verdiyi açıqlamada Aboubakarın, uşağının xəstəliyi səbəbindən Kameruna getdiyini açıqlayıb.

2023-24 mövsümündə 34 matçda meydana çıxan təcrübəli forvard 1900 dəqiqə meydanda qalaraq 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

32 yaşlı Abubakarın “Beşiktaş”-la daha 1+1 illik müqaviləsi var.