Vincent Aboubakar Super Liqa komandası ilə müqavilə imzalayır

Bakı, 5 sentyabr, Sporaz.tv

Beşiktaş“-ın heyətində yer almayan adlardan olan Vincent Aboubakarın Super Liqa komandalarından “Hatayspor“-la anlaşmağa yaxın olduğu bildirilib.

Sporaz.tv məlumat verir ki, Vincent Aboubakarın yeni ünvanı tezliklə məlum ola bilər.

32 yaşlı hücumçunun Superliqa komandalarından “Hatayspor”-la müqavilə bağlamaq üzrə olduğu bildirilib.

Əcnəbilərin sayını azaltmaq istəyən qara-ağlar, Daniel AmarteyAlex Oxlade-Chamberlain, eləcə də Aboubakarla yollarını ayırmağa çalışırlar.

“Beşiktaş”, Vincent Aboubakarı UEFA Avropa Liqası heyətinə daxil etməyib.

İlk dəfə 2016-cı ildə “Beşiktaş”-la müqavilə imzalayan Vincent Aboubakar, ümumilikdə 3 mövsüm ağ-qara komandanın formasını geyinib.

2020-ci ildə “Beşiktaş”-la anlaşan və növbəti il komandadan ayrılaraq “Al-Nassr“(Əl-Nassr)-a keçən kamerunlu hücumçu, 2022/23 mövsümünün ara transfer dövründə yenidən qara-ağlarla anlaşıb.

Vincent Aboubakar, “Beşiktaş”-ın heyətində 117 matçda 60 qol vurub, 14 məhsuldar ötürmə edib.