“Villareal” – “Atletico” duelində qalib müəyyənləşməyib

Bakı, 20 avqust, Sporaz.tv

La Liqanın ilk həftəsində “Villareal” doğma meydanda “Atletico Madrid“i qəbul edib.

Sporaz.tv xəbər verir ki, La Liqanın ilk həftəsinin qapanış matçında “Villareal” və “Atletico Madrid” komandaları üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Villarrealın qolları 18-ci dəqiqədə Danjuma, 37-ci dəqiqədə Koke (kk) tərəfindən gəlib. Atletico Madridin qolları 20-ci dəqiqədə Llorente və 45+5-ci dəqiqədə Sörlothdan gəldi.

Bu nəticə ilə komandalar mövsümə hərəyə 1 xalla başlayıb.

2-ci həftə matçında Atletico Madrid öz meydanında ötən mövsümün parlaq komandası “Girona ” ilə ,“Vilyarreal” isə həmin həftə səfərdə “Sevilya” ilə qarşılaşacaq.