Victor Osimhendən qalibibiyyət sözləri

Bakı, 26 sentyabr, Sporaz.tv

GalatasarayUEFA Avropa Liqasına qələbə ilə başlayıb. “Sarı-qırmızılılar”, “PAOK“u 3:1 hesabı ilə məğlub edərkən, yeni transfer Victor Osimhen 1 məhsuldar ötürmə edib. Nigeriyalı ulduz matçın sonunda qələbəni şərh edib.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının ilk oyununda “Galatasaray”, “PAOK”u 3:1 hesabı ilə məğlub edib. “Sarı-qırmızılar” Baba Rahman (öz qapısına), Yunus Akgün və Mauro İcardinin qolları ilə 3:1 hesablı qələbə ilə başlayıb.

Yunus Akgünün vurduğu qola assistentlik edən Victor Osimhen qələbə ilə bağlı TRT Spora açıqlama verib.

Qolun Baba Rahmana aid edilməsindən danışan Osimhen, “Təəssüf ki, yenə avtoqol oldu. Hədəfimin çox yaxın olduğunu hiss edirəm. Ən əsası “Galatasaray”ın qalib gəlməsidir. Azarkeşlərə də təşəkkür edirəm. Liqada və Avropada qalib gəlməyə davam etməliyik” dedi.

Mauro İcardi və Michy Batshuayi ilə münasibətlərini dəyərləndirən nigeriyalı ulduz, “Mauro İcardi ilə çox yaxşı münasibətimiz var. O, həm də liderdir. Michy Batshuayi çox yaxşı xarakterdir. “Galatasaray”da olmaqdan çox xoşbəxtəm. Biz Komanda olaraq bir-birimizə kömək edirik, mən olmasam, onlar oradadırlar” dedi.

Baba Rahmanın atdığı qola görə Victor Osimhen elan edilib və “Yarim Yarim” mahnısı səsləndirilib. Osimhen qol musiqisi olması ilə bağlı “Lille”də ilk qoldan sonra çalınan mahnını türk dostum (Yusuf Yazıcı) ifa etdi. Sözlərini anlamadım, amma mahnını çox sevdim. İndi çox olacaq. Hər vurduğum qoldan sonra “Yarim yarim” mahnısının səsləndirilməsi məna daşıyır” dedi.

Bahar Rüstəm

Leave a Reply