Victor Osimhen üçün Galatasaray iddiası

Bakı, 2 sentyabr, Sporaz.tv

Transfer cəhdlərini davam etdirən “Galatasaray“(Qalatasaray)-ın “Napoli” klubunun oyunçusu Victor Osimheni heyətinə qatmağa çalışdığı iddia edilib. Sarı-qırmızılıların, nigeriyalı hücumçunun bütün illik maaşını ödəməyə razı olduğu bildirilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın “Napoli” heyətdə saxlamaq istəmədiyi Victor Osimhen üçün hərəkətə keçdiyi iddia edilir. İtaliya mətbuatı, sarı-qırmızılıların nigeriyalı mərkəz forvardını icarə əsasında heyətinə qatmaq istədiyini bildirib.

“Galatasaray” Victor Osimhenin transferi üçün “Napoli” ilə danışıqlara başlayıb.

İtaliya mətbuatında çıxan xəbərə əsasən “Galatasaray”-ın Osimhenin 11 milyon avroluq maaşının hamısını ödəməyə razı olduğu iddia edilib.

“Napoli”-dən ayrılacağı dəqiqləşən Osimhen üçün addım atan “Galatasaray”-ın transferi reallaşdırmaq üçün güclü namizədlərdən olduğu bildirilir.

Qeyd edək ki, Victor Osimhen, ötən mövsüm “Napoli”nin heyətində 32 oyun keçirib. 25 yaşlı mərkəz hücumçusu bu matçlarda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.