Victor Osimhen transferi ilə bağlı yeni iddia

Bakı, 19 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın “Napoli“dən icarəyə götürdüyü Victor Osimhenin transferi üçün “Chelsea” (Çelsi) hərəkətə keçib.

Sporaz.tv xəbər verir ki, “Chelsea” (Çelsi)-nin transfer siyahısının başında Galatasaray (Qalatasaray)-da icarə əsasında çıxış edən Victor Osimhen var.

Galatasaray (Qalatasaray) cəbhəsi Osimhenin mövsümün sonuna qədər sarı-qırmızılı formanı geyinəcəyini bildirsə də, “Chelsea” (Çelsi), ara transfer dövründə nigeriyalı mərkəz forvardı üçün bütün şərtləri irəli sürəcəyini iddia edir.

Ancaq “Chelsea” (Çelsi) bu transferi həyata keçirə bilməsə, “Sporting“in ulduzu Viktor Gyökeres üçün hərəkət edəcək. Bu futbolçu üçün Paris Saint-Germain və Tottenham da mübarizə aparır.

Gyökeres, bu mövsüm “Sportinq”in heyətində 7 oyun keçirib. 26 yaşlı isveçli futbolçu bu matçlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Leave a Reply