Victor Osimhen rekordları qırdı

Bakı, 3 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın yeni hücumçusu Victor Osimhen, “sarı-qırmızılar”-a olan transferi ilə bir çox rekordlar qırıb. Osimhenin Super Liqada 16 komandanın heyət dəyərini təkbaşına aşması diqqət çəkib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”, “Napoli“-dən Victor Osimheni icarə əsasında heyətinə qatıb. Osimhen Super Liqaya gəlişi ilə bir çox rekordlar qırıb.

Victor Osimhen, 100 milyon avro bazar dəyəri ilə “Super Liqa tarixinin ən dəyərli transferi” adını alıb. Bu rekord daha əvvəl 30 milyon avro ilə Nicolo Zanioloya məxsus idi.

Digər tərəfdən Viktor Osimhen 100 milyon avro dəyərində “Super Liqa tarixinin ən dəyərli futbolçusu” adını da alıb. Bu sahədə rekord hərəyə 30 milyon avro ilə Ferdi Kadıoğlu və Nicolo Zanioloya məxsus idi.

Bu arada Viktor Osimhen 100 milyon avro bazar dəyəri ilə Super Liqada 16 komandanın dəyərini təkbaşına üstələyib.

Nigeriyalı hücumçu; “Trabzonspor “(96 milyon avro), “Başakşehir “(49 milyon avro), “Çaykur Rizespor” (33 milyon avro), “Samsunspor “(30 milyon avro), “Kayserispor”(28 milyon avro), “Eyüpspor”(27 milyon avro), “Sivasspor”(24 milyon avro), “Antalyaspor”(24 milyon avro), “Göztepe”(24 milyon avro), “Kasımpaşa”(23 milyon avro), “Alanyaspor”(23 milyon avro), “Konyaspor”(20 milyon avro), “Adana Demirspor” (19 milyon avro), “Qaziantep FK” (18 milyon avro) , “Hatayspor” (18 milyon avro) və “Bodrumspor”-u (17 milyon avro) tək geridə qoyub.