Victor Osimhen Afrika Millətlər Kubokunun seçmə mərhələsinə qolla başlayıb

Bakı, 8 sentyabr, Sporaz.tv

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin ilk oyununda Nigeriya Benini 3:0 hesabı ilə məğlub edib. “Galatasaray“(Qalatasaray)-ın yeni transferi Victor Osimhen ikinci hissədə girdiyi matçda 1 qol vurub.

Sporaz.tv məlumat verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Nigeriya Benini qəbul edib.

45 və 83-cü dəqiqələrdə Ademola Lookmanın, 78-ci dəqiqədə Viktor Osimhenin vurduğu qollarla meydan sahibləri qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Osimhen 72-ci dəqiqədə Bonifasi əvəzləyib.

Nigeriya ilk oyununda 3 xal toplayıb. Benin xalları qarşılaya bilməyib. Qrupun ikinci oyununda Nigeriya Ruandanı qəbul edəcək. Benin Liviyanı qəbul edəcək.

Leave a Reply