Victor Nelssonu istəyən komandaları açıqlayıb qiymət təyin etdilər

Bakı, 22 avqust, Sporaz.tv

Galatasaray“da çıxış edən Victor Nelssonla bağlı sürpriz transfer iddiası ortaya atılıb. İngilis mətbuatı danimarkalı müdafiəçinin arxasınca gələn klubları açıqlayarkən, transferin nə qədər baha ola biləcəyini də açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” transfer səylərini davam etdirir və komandadan ayrılacaq futbolçular da maraq doğurur. Nəhayət, “sarı-qırmızılar”ın danimarkalı müdafiəçisi Victor Nelsson haqqında təəccüblü iddia ortaya atılıb.

“The Guardian”ın xəbərinə görə, “West Ham United” Viktor Nelssonu istəyir.

Xəbərdə transferin təxminən 12 milyon funt sterlinqə başa çatdırıla biləcəyi qeyd edildi. Digər tərəfdən “Sevilla“, “Lille” və “Bologna“nın da Nelsson üçün oynadığı bildirilirdi.

ViCtor Nelsson bu mövsüm “Galatasaray”ın heyətində 3 matçda iştirak edib. 25 yaşlı futbolçu bu matçlarda 267 dəqiqə meydanda qalsa da, nə qol vura bildi, nə də məhsuldar ötürmə.

Bahar Rüstəm