Victor Nelson üçün yeni müqavilə

Bakı, 16 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-la 2 illik müqaviləsi olan Victor Nelssona sarı-qırmızılı rəhbərlik tərəfindən yeni müqavilə təklif edildiyi iddia edilib. Danimarka mətbuatında çıxan xəbərdə, Nelsona təklif olunan maaş da yer alıb.

Sporaz.tv məlumat verir ki, beynəlxalq transfer işlərinə davam edən Galatasaray, daxili transferlərdə də hücuma keçdi. Sarı-qırmızılı rəhbərliyin, Victor Nelsona yeni müqavilə təklif etdiyi iddia edilirdi.

“Galatasaray”, Nelsona 2026-cı ildə başa çatacaq müqaviləsini 2028-ci ilə qədər uzatmaq üçün son dərəcə cəlbedici müqavilə təklif edib.

Xəbər təfərrüatında sarı-qırmızılıların, danimarkalı futbolçuya bonuslar istisna olmaqla, hər il təxminən 2 milyon avro təklif etdiyi qeyd edilib.

25 yaşlı futbolçu 2021-ci ildə Kopenhagendən 7 milyon avroya transfer olunub. KAP-a bildirilib ki, Nelsson üçün 5 illik müqavilə imzalanan birtərəfli sərbəst buraxılma maddəsi 25 milyon avrodur.

“Sarı-qırmızılar”ın heyətində 127 matça çıxan Victor Nelsson, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.